Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Yeni Yol Partiyası qeydiyyata alındı – FOTO

Yeni Yol Partiyası qeydiyyata alındı – FOTO

Yeni Yol Partiyası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.
Bu barədə Bakupost.az -a partiyanın sədri Ramil Hüseynov bildirib.
O qeyd edib ki, bu il yanvarın 22-də partiyanın qurultayı keçirilib və bundan sonra qeydiyyat üçün rəsmən müraciət olunub: “Artıq müraciətimizə müsbət cavab verilib, partiyamız dövlət qeydiyyatına alınıb”.
R.Hüseynov qeyd edib ki, Yeni Yol Partiyası Azərbaycanın dövlət və milli maraqlarını müdafiə etməyi öz qarşısına məqsəd qoyub: “Bundan sonra da bu siyasi xəttimizi davam etdirəcəyik. Siyasi partiyalar həm də dövlətin siyasi dayaqlarının möhkəmlənməsinə xidmət etməlidir. Bu xidməti qürurla həyata keçirib, ölkəmizin inkişafı, xalqımızın firavan yaşaması üçün səylərimizi həyata keçirəcəyik”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …