Ana səhifə / Siyasət / Yeni parlamentin qadın deputatları – FOTOLAR

Yeni parlamentin qadın deputatları – FOTOLAR

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da 8 mart Beynəlxalq Qadınlar günü təmtəraqla qeyd olunur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edir.

Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin isə 66 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 46,7 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 64,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,8 faizi qızlardır.

Elmi işçilərin 58,2 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,5 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,2 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların  42,6 faizi qadınlardır.

Beləliklə, Azərbaycan qadınları ölkənin həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Zərif cinsin nümayəndələri həm də ölkə parlamentində təmsil olunurlar.

Modern.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsi 2020-ci il fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqləyəndən sonra VI çağırış Milli Məclisdəki qadın deputatların da sayı dəqiqləşib.

Belə ki, VI çağırış Milli Məclisdə 22 qadın mandat əldə edib. Qalib gəlmiş qadınlardan 1 nəfər Naxçıvan Muxtar Respublikasından, 7 nəfər Bakıdan, 13 nəfər isə bölgələrdən seçilib.

Modern.az saytı VI çağırış Milli Məclisin qadın deputatlarının adları və sıralamaya uyğun şəkillərini təqdim edir:



6 saylı Culfa-Babək seçki dairəsi – Həmzəyeva Ülviyyə Tapdıq qızı

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Xasayeva Səbinə Səməd qızı

21 saylı Nəsimi birinci seçki dairəsi – İbrahimqızı Məlahət İbrahim qızı

24 saylı Nizami birinci seçki dairəsi – Nurullayeva Könül Oruc qızı

25 saylı Nizami ikinci seçki dairəsi – Vəliyeva Sədaqət Suleyman qızı

29 saylı Səbail seçki dairəsi -Arpadarai Nigar Cavid qızı

30 saylı Suraxanı birinci seçki dairəsi – Fətəliyeva Sevinc Həbib qızı

32 saylı Suraxanı üçüncü seçki dairəsi – Həsənova Afət Əbil qızı

37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi – Kərimzadə Pərvin Orxan qızı

41 saylı Sumqayıt birinci seçki dairəsi – Hüseynova Hicran Kamran qızı

56 saylı Xaçmaz kənd seçki dairəsi – Mikayılova Sevil Əlirazı qızı

57 saylı Kürdəmir seçki dairəsi – Ağazadə Əminə Həmid qızı

59 saylı Salyan seçki dairəsi – Əhmədova Jalə Fərhad qızı

85 saylı Şamaxı seçki dairəsi – Cəfərova Tamam Şaməmməd qızı

92 saylı Zərdab-Ucar seçki dairəsi – Əliyeva Jalə Fazil qızı

93 saylı Bərdə şəhər seçki dairəsi – Yıldırım Fatma Vidadi qızı

98 saylı Şəmkir şəhər seçki dairəsi – Qafarova Sahibə Əli qızı

103 saylı Gədəbəy seçki dairəsi – Hüseynova Sevinc Əmirəhməd qızı

105 saylı Tovuz seçki dairəsi – Paşayeva Qənirə Ələsgər qızı

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi – Ağayeva Ülviyyə Cavanşir qızı

111 saylı Zaqatala-Balakən seçki dairəsi – Əliyeva Kamilə Əli Ağa qızı

117 saylı Oğuz-Qəbələ seçki dairəsi – Naxçıvanlı Aqiyə Həbib qızı

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …