Ana səhifə / Siyasət / Yeni başçıdan ilk açıqlama – “İndi bunlardan danışmağın vaxtı deyil”

Yeni başçıdan ilk açıqlama – “İndi bunlardan danışmağın vaxtı deyil”

Vüqar Zeynalov prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bəzi sürüşmə  ərazilərinin Səbaildə yerləşməsilə meydana gələn problemlər hər zaman medianın gündəmində olub. Maraqlıdır, yeni başçı ilkin olaraq diqqəti hansı istiqamətə yönəldəcək?

“Qafqazinfo” xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Vüqar Zeynalov Modern.az-a açıqlamasında rayondakı problemlərdən danışmaq üçün tez olduğunu bildirib:

“İndi bunlardan danışmağın vaxtı deyil”.

V. Zeynalov bununla bağlı geniş danışmaq istəməyib:

“Oktyabrın 30-dan vəzifəmin icrasına başlamışam. Hələlik kollektivlə, mövcud vəziyyətlə tanış oluram. Sizin sadaladığınız məsələlərlə bağlı qarşıdakı vaxtlarda danışmaq olar. Hələlik çox tezdir”.

Qeyd edək ki, Vüqar Teyyub oğlu Zeynalov bu təyinatadək Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …