Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Yazırlar ki, Günay Fazil Mustafanın sevgilisidir…”

“Yazırlar ki, Günay Fazil Mustafanın sevgilisidir…”

“İki-üç gün öncə ATV kanalının indiyədək baxmadığım bir verilişində tanımadığım insanlardan biri Türkiyə türkcəsində danışıb. Ona bəzi tanınmış şəxslər irad bildiriblər ki, xarici dildə danışdığına görə mütləq cəzalandırılmalıdır. Mənim isə reaksiyam bələ olub ki, istənilən şəxs əcəb edib Azərbaycan televiziyasında türkcə danışır, siz də gedib Türkiyə televiziyasında Azərbaycan türkcəsində danışın, bir-birimizi rahatlıqla anlamağa alışaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa facebook hesabında yazıb. O qeyd edib ki, dövlət dilimizi rus, fars, ərəb, ingilis dilindən qorumalıyıq, türk dilindən qorumaq, türk dilindən nəyisə tərcümə etmək isə absurddur:

“İndi İrandan yönləndirilən şəbəkə, informasiya mətni hazırlayıb və öz saytlarına tirajlayıb ki, bəs türkcə danışan həmin model Fazil Mustafanın sevgilisi olduğuna görə, onu müdafiə edib. Bu cür böhtanlara ara-sıra rast gəldiyimizə görə üzərində çox durmuram. Həm də 14 əsrdir o nəhənglikdə Peyğəmbərimizin (s.a.s.) dürüstlüyü Quran ayəsi ilə təsdiq olunmuş bilgə qadını Hz. Aişəni əxlaqsızlıqda təqsirləndirən bu siğədən doğulanlardan başqa bir şey də gözləmək doğru olmazdı”.

Qeyd edək ki, “ATV” də yayımlanan “Bu stil mənim” verilişində münsif Günay Musayevanın Türkiyə türkcəsində danışması sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın