M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq Şairi Süleyman Rüstəmin anadan olmasının 110 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə respublikanın bir sıra elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən 200-dək kitabın yer aldığı sərgi ilə tanış olublar. Daha sonra şairin ömür yolunu əks etdirən fotoslayd nümayiş olunub.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək S.Rüstəmin həyat və yaradıcılığından danışıb.
Yığıncaq konsert proqramı ilə davam edib. Konsertdə S.Rüstəmin şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri səsləndirilib.