Ana səhifə / Siyasət / “SOLİD CONSTRUCTİON” DİNDAR “QARDAŞLAR”DAN ALINAN PULU QAYTARIBMI?

“SOLİD CONSTRUCTİON” DİNDAR “QARDAŞLAR”DAN ALINAN PULU QAYTARIBMI?

Özünün yüksək vəzifədə işlədiyini deyən Mənsur Ağasəlim oğlu İbrahimov kimlərə arxalanır? Avqustun 25-də 365info.az saytında “Nort Vest Konstrakşn” şirkəti tenderlərdə hansı “oyunlar” oynayır?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi: “365info.az-ın redaksiyasına “Solid Construction” şirkətinin hələ ki, adlarının çəkilməyini istəməyən əməkdaşları tərəfindən verilən məlumata görə “NORTH WEST CONSTRUCTION” (“Nort Vest Konstrakşn”) şirkətinin baş direktoru İbrahim Manaflı onların şirkətinin inkişafı üçün problem yaradır. Problem ondan ibarətdir ki, bu gün “Nort Vest Konstrakşn” şirkəti ölkədə iri tikinti-tender layihələrinin icrası üçün aşağı qiymətlər təklif edərək, tenderlərdə bu layihələrin icra haqqına sahib olur.

Və onunla tender-tikinti layhələrində heç kim rəqabət apara bilmir. Ancaq “Solid Construction” şirkətinin əməkdaşlarının dediyinə görə “Nort Vest Konstrakşn” şirkətinin rəhbəri İbrahim Manaflı aşağı qiymət verərək iri layihələrə sahib olur, hətta sonradan həmin layihələrin podratçılığını da hər şirkətə verilməyini rəva bilmir. Misal üçün, “Solid Construction” şirkətini gələcəkdə özünə rəqib gördüyü üçün, qalib olduğu layihələrin podratçılığını ona verilməməyində böyük maraq göstərir”. Qeyd edək ki, həmin yazıda özünü “Solid Construction” şirkətinin rəhbəri kimi təqdim edən və müxtəlif iş adamlarından bu şirkətin borclarını vermək üçün kömək istəyən Abdul Mirzoyevin də şəkli yerləşdirilmişdi. Bu yazının dərcindən sonra, 365info.az-ın redaksiyasına zəng edən Mənsur Ağasəlim oğlu Ağamirov adlı şəxs bu şirkətin rəhbəridir. O, “Nort Vest Konstrakşn”ın rəhbəri İbrahim Manaflı ilə “qardaş” olduğunu, Abdul Mirzoyevin isə şirkəti təmsil etmədiyini demişdi. “Bəli, vergilərə rəsmi olaraq borcumuz var. Azərbaycanda vergilərə borcu olmayan bir şəxs var? Borc yaranır, onu ödəmək lazımdır… Amma Abdulun şirkətə aidiyyatı yoxdur”, – deyə M.Ağamirov 365info.az-a bildirib. Avqustun 26-da ikinci yazının da dərcindən sonra, Abdul Mirzoyev adlı şəxs 365info.az-ın redaksiyasına zəng edərək jurnalistlərlə kobud danışaraq hətta onları təhqir edib. Biz anlayırıq ki, Abdul Mirzoyev özünün və dostlarının ictimailəşməsindən narahat olduğundan müstəqil mediaya təziq göstərir. Ancaq 365info.az saytının rəhbərliyi onlara xəbərdarlıq edib ki, bu cür hörmətsizlik bir də təkrar olunsa, o məcbur olub hüquq mühafizə orqanlarına müraciət edəcək. Bununla belə, qeyd edək ki, Abdul Mirzoyevlə bağlı 365info.az-ın redaksiyasına başqa bir maraqlı məlumat da daxil olub. Məlumatda deyilir ki, keçən il “Solid Constuction” şirkəti maliyyə sıxıntısı keçirən zaman, Abdul Mirzoyev dindar “qardaşlar”dan “şirkətin vergi borcunu bağlamağı üçün” böyük miqdarda pul alıb. Ancaq sonra, dindarlar bu pulu geri istəyəndə Abdul Mirzoyev “Solid”in adından onlara izah edib ki, guya şirkətin bir çox alacaqları var və pullar alınan kimi dindar “qardaşlar”ın pulları veriləcək. Ancaq “qardaşlar” pulların tələb ediblər. Onlar Abdul Mirzoyevin vaxtı uzatdığını gördükdə, hüquq mühafizə orqanlarına müraciət ediblər. Əlbəttə ki, sonda dindar qardaşların şikayəti DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsində araşdırlıb. Nəticələri barədə yaxın günlərdə oxuculara məlumat verəcəyik. Məlumat üçün bildirək ki, Abdul Mirzoyev yazıda qeyd etdiyimiz dindar “qardaşlar”la məsciddə cümə namazında tanış olub və tanış olandan sonra, hətta məsciddə “Solid” şirkətinin təbliğatını aparmağa çalışıb. Bir sözlə, belə sual yarana bilər ki, Abdul Mirzoyev həm məsciddə namaz qılıb, həm də “işgüzar görüşlər” keçirib?

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın