Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Siyavuş Novruzovun Feysbuk profili saxta çıxdı – Deputatdan açıqlama

Siyavuş Novruzovun Feysbuk profili saxta çıxdı – Deputatdan açıqlama

“Sosial şəbəkələrdə – istər “Facebook” da, istərsə “Twitter”də, o cümlədən digərlərində heç bir ünvanım, hesabım, yaxud da profilim yoxdur. Mən ümumiyyətlə, sosial şəbəkə istifadəçisi deyiləm”.

Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov son günlər sosial şəbəkələrdə onun adından verilən fikirlərə münasibətini bildirərkən deyib. YAP İcra katibinin müavini qeyd edib ki, əgər onun hər hansı bir açıqlaması, bəyanatı, müraciəti olarsa həmin fikirlərini yalnız mətbuat vasitəsilə ictimai rəyə çatdırır: “Azərbaycanda kifayət qədər mətbuat orqanları fəaliyyət göstərir. Bu və ya digər məsələlər barədə kim fikrimi öyrənmək istəyirsə, mətbuat vasitəsilə müraciət edir və maraqlandırılan suallara mənim tərəfimdən kfayət qədər dolğun cavab verilir. Ona görə də sosial şəbəkələrdə adımdan hər hansı “rəylər”, “qeydlər” olursa, hər kəs 100 faiz əmin olsun ki, bu saxtakarların işidir. Biriləri adımdan saxta profil düzəldərək kimlərinsə maraqlarına xidmət edirlər. Hesab edirəm ki, bu barədə bir ölçü götürüləcək”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın