Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Siyavuş Novruzov Bakıdakı atışmadan danışdı: “Seriallar insanları yoldan çıxarır…”

Siyavuş Novruzov Bakıdakı atışmadan danışdı: “Seriallar insanları yoldan çıxarır…”

“Dünyanın hər yerində bu cür hadisələr baş verir. İnformasiyaları izləyəndə görürük ki, Amerikanın özündə gündəlik küçədə bir hadisə olur, yaxud Avropada, hər yerdə… Cəmiyyət olan yerdə problemlər də var. Müharibədən çıxmış bir ölkədə belə hadisələrin baş verməsini, düşünürəm, qeyri-adi hesab etmək olmaz. Söhbət bir-iki hadisədən gedir. İnkassatora hücum, digəri isə ötən gün baş verən insidentdir. Bunların da qarşısı polis tərəfindən dərhal alınıb. Qeyd edim ki, bu məsələdə serialların, müxtəlif kinoların rolu böyükdür. Bəzi insanları yoldan çıxarır, düşünürlər ki, onlar da belə addımlar ata bilərlər. Sosial şəbəkələrdə və digər sahələrdə bu cür hallara qarşı ciddi mübarizə aparılmalıdır”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Azərbaycan sabit bir ölkədir: “Həmişə də öz sabitliyini qoruyub-saxlayıb, bundan sonra da qoruyub-saxlayacaq. Hüquq-mühafizə orqanları bu sahədə çox operativ işləyir. Görürsünüz ki, hər bir hadisənin qarşısı dərhal alınıb, cinayətkarlar tapılıb, ədalət mühakiməsinə təqdim olunublar. Düşünmürəm ki, hansısa xarici ölkə bu cür məsələlərlə Azərbaycanın daxildəki vəziyyəti qarışdırmağa çalışa bilər. Çünki insanlar da bu məsələdə həssasdır. Hər kəs, o cümlədən hüquq-mühafizə orqanları sabitliyin qorunmasında öz rolunu oynayır”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …