Rusiyanın Leninqrad vilayətində türkiyəli iki diplomatın olduğu avtomobil yük maşını ilə toqquşub.
Axar.az xəbər verir ki, qəza zamanı diplomatların hər ikisi ölüb. Türkiyənin Moskvadakı səfirliyi məlumatı təsdiq edib. “İki diplomatımızın öldüyünü rəsmi olaraq təsdiq edirik. Sankt Peterburq konsulluğumuz qəza ilə bağlı yerli idarəetmə orqanları ilə əlaqə saxlayır”, – səfirlikdən bildirilib.