Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Rusiya baş naziri Qarabağdan danışdı: “Yeni imkanlar açıb”

Rusiya baş naziri Qarabağdan danışdı: “Yeni imkanlar açıb”

“Dağlıq Qarabağla bağlı razılaşmalar bölgənin inkişafı üçün yeni imkanlar açıb”.

Bunu Rusiya baş naziri Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədovla görüşdə bildirib.

“Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmalar bölgənin Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına uyğun inkişafı üçün yeni imkanlar açıb”, – deyən Mixail Mişustin əlavə edib: “Əminəm ki, iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, yeni infrastruktur marşrutlarının yaradılması Cənubi Qafqazın bütün dövlətlərinin maraqlarına cavab verir”.

O, Rusiyanın Azərbaycanla uzunmüddətli tərəfdaşlıq münasibətlərini qiymətləndirdiyini və bu münasibətlərin yeni səviyyəyə qaldırılmasını zəruri hesab etdiyini vurğulayıb.

Rusiya Federasiyası baş naziri azərbaycanlı həmkarından Rusiya prezidenti Vladimir Putin və şəxsən öz adından Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …