Ana səhifə / Siyasət / Quba-Xınalıq yolu açıldı

Quba-Xınalıq yolu açıldı

Quba-Xınalıq yolunda qaya parçasının yolun hərəkət hissəsinə düşməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış problem aradan qaldırılıb.

Bu barədə virtualaz.org-a “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətində problem müşahidə olunmur və hərəkət tam bərpa edilib.

Gülnar Əliyeva Virtualaz.org

*   *   *13:37

Qubada yola iri qaya parçası düşüb.

“ARB Şimal” xəbər verir ki, Quba-Xınalıq yolunun 23-cü km-nə iri qaya parçası düşüb. Yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 5 saylı idarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.

Həmçinin oxuyun

Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir – Sabir Rüstəmxanlı

Milli Məclisdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi …

Bir cavab yazın