Ana səhifə / Siyasət / Pakistan XİN Qarabağ razılaşmasını alqışlayır

Pakistan XİN Qarabağ razılaşmasını alqışlayır

Pakistan beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllini davamlı olaraq dəstəkləyir. Müvafiq tərəflərin hərbi əməliyyatların dayandırılması barədə son açıqlamasını alqışlayırıq.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

“Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş üçtərəfli razılaşma Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması üçün yeni bir fürsət təklif edir. Azərbaycan hökumətini və qardaş xalqını ərazilərinin azad edilməsi münasibətilə təbrik edirik. Bunun bölgədəki sabitlik və firavanlıq dövrünə, məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmasına yol açacağına ümid edirik”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …