Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Orxan Babayevin Akif Çovdarovun taleyini yaşayacağına inanıram”

“Orxan Babayevin Akif Çovdarovun taleyini yaşayacağına inanıram”

“Akif Çovdarovun medalları onu qorumadı, Orxan Babayevin də medalı onu qorumayacaq”
Ülviyyə Abdalova: “Orxan Babayev aldığı pulu vermək istəmədiyi üçün məni şərləyərək tutdurmağa çalışır”
Saytımızda Bakı şəhər sakini Ülviyyə Abdalovanın MTN generalı Mövlan Şıxəliyevlə bağlı şikayətindən bəhs etmişdik. Vurğulamışdıq ki, xanım şikayətçi M.Şıxəliyevlə bağlı Baş Prokurorluğa ünvanladığı şikayətdən sonra bu qurumun Ağır Cinayətlər İdarəsinin müstəntiqi Orxan Babayevin təzyiq və təhdidinə məruz qalıb. (II hissə burda:http://www.moderator.az/news/159470.html ).

Bu gün Moderator.az-a açıqlama verən Ü.Abdalova O.Babayevlə bağlı yeni ittihamlar səsləndirib:

“Öncə onu qeyd etmək istəyirəm ki, O.Babayevin mənə qarşı təzyiqlərinin arxasında bir sıra amillər dayanır ki, bunlardan biri onun MTN generalı M.Şıxəliyevlə qohum olmasıdır. Məhz bu səbəbdən də mənim M.Şıxəliyevlə bağlı şikayətim O.Babayevi qıcıqlandırıb və mənə qarşı aqressivləşdirib. İkinci bir səbəb isə O.Babayevin məndən 120 min manat pul alması ilə bağlıdır. Bu gün özünü aydan arı, sudan duru göstərən O.Babayev məndən 120 min manat pul alaraq işi obyektiv şəkildə aparacağını, MTN tərəfindən mənə vurulan ziyanın ödənilməsini təmin edəcəyini vəd etmişdi. Lakin məndən 120 min manat alan O.Babayev bu istiqamətdə heç bir addım atmadı. Əksinə, mənim zərərçəkmiş qərarımı ləğv etdi. Odur ki, bu gün məni nə yolla olursa-olsun susdurmağa çalışan O.Babayev bunu həm M.Şıxəliyevlə bağlı qohumluq əlaqələrinə, həm də aldığı 120 min manat məbləğindəki pulu geri qaytarmamaq xatirinə edir”.

O.Babayevin yeri gəldi-gəlmədi medallı müstəntiq olduğunu dilə gətirdiyini qeyd edən Ü.Abdalova ona MTN generalı A.Çovdarovun aqibətini xatırladıb:

“O.Babayev mənimlə bütün görüşlərdə açıq şəkildə bildirir ki, o, prokurorluğun medallı müstəntiqidir və ona kimsə nəsə edə bilməz. Mən medalı ilə öyünən, onu etdiyi qanunsuzluqlar önündən sipər edən O.Babayevə MTN generalı Akif Çovdarovun aqibətini xatırlatmaq istərdim. Əgər bu gün O.Babayevin yaxasını sadəcə bir medal bəzəyirsə, A.Çovdarovun yaxasını 10-dan çox medal bəzəyirdi. Lakin medalları onu acı sonluqdan xilas edə bilmədi. Hesab edirəm ki, medalı əlindən və dilindən düşməyən O.Babayev də A.Çobdarov nümunəsinə nəzər salmalı, MTN generalının aqibətindən dərs çıxarmalıdır. Şəxəsn mən O.Babayevin A.Çovdarov aqibətini yaşayacağına inanıram.

Və sonda vurğulamaq istəyirəm ki, mənim ölkəmizin hüquq-mühafizə orqanlarından, eləcə də DİN-dən, Baş Prokurorluqdan heç bir şikayətim və narazılığım yoxdur. Özüm də vaxtiylə prokurorluq orqanlarında çalışmış bir şəxs kimi adını çəkdiyim dövlət orqanlarının ədalətinə bələdəm və bu ədalətə güvənirəm. Mənim şikayətim sadəcə M.Şıxəliyev və O.Babayev cütlüyündəndir. Və hesab edirəm ki, hər iki şəxs yaxın gələcəkdə öz layiqli cəzasını alacaq”.

 

 

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın