Ana səhifə / Siyasət / “OMON”-çular azadlığa buraxılacaqmı?

“OMON”-çular azadlığa buraxılacaqmı?

Ömürlük həbs cəzası almış keçmiş “OMON”çular Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun məhkəməsi başlayır.

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov feysbuk səhifəsində məlumat verib.

Vəkilin sözlərinə görə, sentyabrın 8-də Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Məmmədovun sədrliyi ilə ömürlük həbs cəzası çəkən Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov barəsində təyin edilmiş ölüm cəzasının qanunsuz olaraq ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilməsi, onların barəsində olan ölüm hökmünün 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi barədə ərizəyə baxılacaq.

Vəkil qeyd edib ki, E.Əmiraslanov, A. Kazımov və S.Poladov 16 dekabr 1996-ci ildən bəri cəza çəkirlər və 16 dekabr 2016-cı ildə cəzalarının 20 ili tamam olur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın