Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Novxanıda şortik qadağası

Novxanıda şortik qadağası

Novxanıda yerləşən “Amore” və “Kalyon” istirahət mərkəzlərinə müştərilərin şortiklə girişi qadağan edilib. Azinforum.az Baku.vs-ya istinadla xəbər verir ki, qadağa barədə şahidlərdən biri – Elnur Məmmədov sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, əcnəbi qonaqları ilə Xəzərdə dincəlmək və onları milli mətbəxlə tanış etmək üçün Novxanıya gedib. Ancaq “Amore” və “Kalyon” istirahət mərkəzlərinə buraxılmayıb. Səbəb kimi isə onların şortik geyməsi göstərilib. “Turistlər bu xəbəri eşidəndə şoka düşdülər – çünki ətrafda hamı çimərlik geyimində dənizdə istirahət edirdi. Mən əcnəbi qonaqlar qarşısında çox utandım”, – Elnur Məmmədov yazıb.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın