Ana səhifə / Siyasət / “Note 7”nin satışa çıxacağı tarix açıqlandı

“Note 7”nin satışa çıxacağı tarix açıqlandı

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Note 7 Fandom Edition” smartfon modelini iyulun 7-də təqdim etməyi planlaşdırır.

“ Azinforum.az ” ICTanews-a istinadən xəbər verir ki, 400 nümunədə buraxılacaq smartfonun bir hissəsi Cənubi Koreya bazarı üçün nəzərdə tutulub.

“Galaxy Note 7 FE” digər ölkələrdə də satışa çıxarılacaq, lakin hazırda həmin ölkələrin siyahısı məlum deyil.

Bundan əvvəl şirkət nümayəndələri ABŞ-da bərpa edilən “Note 7” modelinin satışının dayandırılmasını təsdiq ediblər. Bununla yanaşı, onlar “Note 7” smartfonunu “Galaxy S8” və “S8+” modellərinin satışı üçün təhlükəli hesab edirlər.

“Galaxy Note 7 Fandom Edition” smartfonunun təxmini qiyməti 700 dollar təşkil edəcək.

Qeyd edək ki, “Samsung” şirkətinin ötən il təqdim etdiyi “Galaxy Note 7” smartfon modeli 5,7 düymlü ekran, səkkiznüvəli “Exynos 8890” prosessor, 4 giqabaytlıq operativ yaddaş və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Şirkət akkumulyatorun qızması nəticəsində baş verən partlayışlardan sonra smartfonu satışdan çıxarmaq məcburiyyətində qalıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın