Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / NDU-nun 50 illik yubileyi qeyd edilib

NDU-nun 50 illik yubileyi qeyd edilib

Şahbuz rayonunda Naxçıvan Dövlət Universitetinin (NDU) 50 illik yubileyi qeyd olunub.

NDU-nun mətbuat şöbəsindən bildirilib ki, tədbirdə Şahbuz rayon ağsaqqalları və ziyalıları, rayon təhsil şöbəsinin nümayəndələri, müəllim və şagirdlər, universitet əməkdaşları iştirak ediblər.

Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri Araz Məmmədov tədbirdə çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyinin keçirilməsi haqqında 2017-ci il yanvarın 14-də imzaladığı Sərəncamın əhəmiyyətindən danışıb, universitetin 50 illik yubileyinin qeyd olunmasını muxtar respublikada elmə və təhsilə göstərilən yüksək diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Şamxal Məmmədov universitetin keçdiyi inkişaf yoluna nəzər salaraq bildirib ki, 1967-1968-ci tədris ilində cəmi 3 ixtisas üzrə kadr hazırlığına başlanan bu ali təhsil ocağında hazırda 57 ixtisas üzrə bakalavr, 46 ixtisas üzrə magistr, 31 ixtisas üzrə doktorant hazırlığı aparılır. Prorektor universitetin maddi-texniki və tədris bazası, tədris korpusu, elektron kitabxana, konservatoriya, sosial xidmət mərkəzi, xəstəxana, Olimpiya-İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası və Tələbə evi, media mərkəzi və digər struktur qurumları, beynəlxalq əlaqələri, elektron universitet quruculuğu istiqamətində qazandığı uğurlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Naxçıvan Dövlət Universiteti 2009-cu ildə Avropa Rektorlar Klubu tərəfindən “Minilliyin universiteti” adına layiq görülüb, 2015-ci ildə Azərbaycan Respublikasının 30 ali məktəbinin çoxkriteriyalı, beynəlxalq standartlara uyğun reytinq cədvəlində birinci yeri tutub.

Universitetin botanika kafedrasının müdiri, dosent Musa Piriyev, dosent Xanəli Kərimli ali təhsil ocağının dünyaya inteqrasiyası istiqamətində əldə etdiyi nailiyyətlərdən, Şahbuz rayon ziyalı mühitinin formalaşmasındakı rolundan danışıblar.

Pedaqoji fakültənin tədris işləri üzrə dekan müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İbrahim Rüstəmov universitetin ilk məzunlarından biri və burada 45 illik elmi-pedaqoji fəaliyyət göstərən alim, ziyalı kimi ali təhsil ocağının müqayisəolunmaz inkişaf yolu keçməsindən iftixarla danışıb.

Ali təhsil ocağının ümumi təbabət kafedrasının dosenti, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Cəbi İsmayılov, Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nadir Hüseynbəyli, tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov universitetin milli təhsil tarixindəki özünəməxsus yerindən, burada humanitar və tibb elmləri istiqamətində kadr hazırlığının səviyyəsindən söz açıblar.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın