Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / MTN bandasının şantaj videoları tapıldı – Şok detallar

MTN bandasının şantaj videoları tapıldı – Şok detallar

Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin insanları şantaj üçün istifadə etdiyi gizli çəkilişlər olan videomateriallar tapılıb.

Azinforum.az xəbər verir ki, məlumatı azadliq.info yayıb. Sayt bildirir ki, hazırda istintaq bu şəbəkənin şantaj əməliyyatlarını araşdırır. Xəbərə görə, şəbəkənin üzvlərindən bir neçəsinin, xüsusilə Akif Çovdarovun nəzarətində əyləncə mərkəzləri, hotel və restoranlar olub ki, ora video kameralar yerləşdirilib. Həmin obyektlərdə dincələn vəzifəli, yaxud imkanlı şəxslər sonradan videogörüntülərlə şantaj olunub.

Eldar Mahmudovun şəbəkəsinin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar zamanı dəstə üzvlərindən bir neçəsinin evindən şantaj videoları çıxıb. İstintaq bu məsələni daha dərindən araşdıraraq hansı vəzifəli şəxslərin MTN-nin şantajına qalmasını üzə çıxarmağa çalışır. İstintaqda şübhələr var ki, bəzi məmurlar şantajın qurbanı olaraq hələ də şəbəkəyə xidmət göstərə bilər.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın