Ana səhifə / Siyasət / Manatla bağlı proqnoz: “Manat 1 dollar olacaq”

Manatla bağlı proqnoz: “Manat 1 dollar olacaq”

Neftin qiyməti dünya bazarında 80 dollara çatar və bu həcmdə sabitləşərsə, Mərkəzi Bank manatı möhkəmləndirə bilər

“Azərbaycan Mərkəzi Bankın (AMB) valyuta ehtiyyatlarının artması valyuta bazarı və manatın məzənnəsi üçün müsbət siqnal kimi qiymətləndirilə bilər. Çünki rezervlərin artması ən azı psixoloji olaraq bazara müsbət təsir edir”.
Bunu ANS PRESS-ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov söyləyib. Mütəxəssis qeyd edir ki, bu tendensiya, xüsusən manat və xarici valyutaya tələbin formalaşması baxımından əhəmiyyət kəsb edir. “Ötən aydan başlayaraq baş bankın valyuta səbətində avronun payının artması müşahidə olunur. AMB manatın məzənnəsini dollara nisbətdə korreksiya etməyə çalışır. Avronun dünya valyuta bazarındakı dəyəri bahalaşanda manat dollara nisbətdə möhkəmlənir, əks halda isə manatda ucuzlama müşahidə olunur. Bu onu göstərir ki, Avropanın vahid valyutasının məzənnəsi manatın məzənnəsinin müəyyənləşməsinə təsir göstərir”.
İqtisadçı hesab edir ki, manatın məzənnəsində əsas faktor kimi neft hələ də ön plandadır. Neftin bazar qiyməti ölkəyə daxil olan xarici valyutanın həcmini müəyyənləşdirir. “AMB çalışacaq ki, yaxın müddətdə devalvasiyaya getməsin. Çünki praktik olaraq devalvasiya bank sektoruna mənfi təsir göstərəcək. İndiki məqamda Mərkəzi Bankın hədəfi ikinci devalvasiyanın baş verməsinin qarşısını almaqdır. Hazırki vəziyyət imkan verir ki, ölkənin baş bankına manatın məzənnəsini müəyyən etdiyi həddə saxlaya bilsin. Neftin qiyməti dünya bazarında 80 dollara çatarsa və bu həcmdə sabitləşərsə, Mərkəzi Bank manatı möhkəmləndirə bilər. Yəni 1 dolların 1 manata qədər ucuzlaşacağı güman edilir. Çünki neft qiymətinin artması nəticəsində ölkəyə daxil olan xarici valyuta kəskin artır və nəticədə təklif tələbi üstələyir. Bu ssenari tam əks istiqamətdə də baş verə nilər. Yəni, neftin qiyməti 40 dollara qədər ucuzlaşarsa, o zaman manat dollara nisbətdə yumşala bilər”.
V.Bayramovun sözlərinə görə, dünya bazarlarındakı hazırki vəziyyət və neftin qiyməti ilə bağlı müşahidə edilən tendensiya imkan verir ki, Mərkəzi Bank manatın mövcud məzənnəsini qoruyub saxlaya bilsin.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın