Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Jurnalist laçınlılara cavab verdi

Jurnalist laçınlılara cavab verdi

ANS-in tanınmış jurnalisti Ləman Ələşrəfqızı Laçın sakinlərinin etirazlarına cavab verib.

Azinforum.az AzVision.az-a istinadən bildirir ki, jurnalist hazırladığı süjetdə heç bir təhqir olmadığına görə, Laçınlılardan üzr istəməyəcəyini deyib:

“Efirə gedən süjetdə heç bir təhqir işlətməmişəm ki, üzr də istəyim. Orada kəndin 1927-ci ilə kimi olan adını demişəm. Əgər təhqir olsaydı, türklər demişkən yazardım ki, aptala oxşuyur. Amma mən orda kəndin adını-Abdalı çəkmişəm. O qədər savadsızdırlarsa, açsınlar axtarış verib kəndin adına baxsınlar”.

L.Ələşrəfqızı təhqir etdiyi halda sakinlərdən üzr istəməyə hazır olduğunu vurğulayıb:

“Təbii ki, təhqir etmiş olsaydım, üzr istəyərdim. O qədər də tərbiyəsiz deyiləm. Bir şey də maraqlıdır ki, niyə onlar yatıb, indi oyunırlar. Süjet efirə mayın 18-də gedib. Niyə onlar 13 gündən sonra hərəkətə keçiblər? Şəxsən mən o süjetdə təhqir görmürəm. Prezidentə də ünvanladıqları məktubda iki cümlə göstəriblər: “Laçın təslim üçün əllərini qaldırmışdı, vəziyyət belə idi. Rayon 1927-ci ilə qədər daşıdığı ada Abdala oxşuyurdu”. İndi desinlər ki, təhqir haradadır?”

Xatırladaq ki, Azərbaycanın işğal olunmuş Laçın rayonunun sakinləri ANS telekanalı ilə bağlı prezidentə müraciət ediblər. Onlar Laçın rayonunun hər il keçirilən işğal günləri ərəfəsində telekanalın hazırladığı verilişlərdə təhqir olunduğunu bildirilər.

Şikayətçilər bildirib ki, ANS-in 17 may 2015-ci il tarixli xəbərlər bülletenində efirə getmiş süjetlərə şərh verən telejumalist Ləman Əşrəfqızı Laçın rayon sakinlərini növbəti dəfə alçaldıb, onları ləkələməyə çalışıb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın