Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / İspaniya kralı taxt-tacdan imtina etdi: Xuan Karlos getdi

İspaniya kralı taxt-tacdan imtina etdi: Xuan Karlos getdi

İspaniya monarxı, 76 yaşlı Xuan Karlos tacdan imtina edib.

Onun oğlu Felipe növbəti Kral olacaq. Bu barədə “Frans Press” agentliyi xəbər verir.

Xatırladaq ki, Xuan Karlos 39 il dövlət başçısı olub. Son vaxtlar o, səhhətindəki problemlərdən əziyyət çəkirdi. Belə ki, 2012-ci ilin aprelində Botsvanada fil ovu zamanı monarxın budu üç yerdən sınmışdı. Sonradan orqanizminə infeksiya düşən Xuan Karlos üç il ərzində 8 dəfə cərrahi əməliyyata məruz qalıb.

Monarxın tacdan imtina etməsinin daha bir səbəbi kimi hakim nəslin üzvlərinin qalmaqallarda adlarının hallanması göstərilir. Məsələn, Xuan Karlosun kürəkəni hersoq Palmski İnyaki Urdanqarina maliyyə fırıldaqlarında ittiham edilib. Bundan sonra Kralın qızı donya Kristina məhkəməyə çağırılıb.

Qeyd edək ki, bu, Kral ailəsi üzvünün korrupsiya ilə bağlı iş üzrə məhkəmədə dindirilməsi ilə bağlı ilk haldır.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın