Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Formula-1” başlayır

“Formula-1” başlayır

Bu gün Bakıda “Formula-1” üzrə dünya çempionatının səkkizinci Avropa Qran-pri yarışlarına start verilir.

Azinforum.az xəbər verir ki, hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.

Bakı şəhər halqasında pilotlardan – Louis Hamilton, Fernando Alonso, Nico Rosberg, Sebastian Vettel, Valtteri Bottas və başqaları yarışacaqlar.

Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir.

Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Qran-prinin birinci günündə “Formula-1” və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunacaq.

İyunun 18-də “Formula-1” üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 19-da Avropa Qran-pri yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın