Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Fazil Mustafanın partiyası bağlanır? – Özü danışdı

Fazil Mustafanın partiyası bağlanır? – Özü danışdı

Milli Məclisin deputatı Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyasının özünü buraxacağı ilə bağlı xəbərlər yayılıb. Azinforum.az xəbər verir ki, F.Mustafa məsələyə münasibət bildirib. Deputat sosial şəbəkə hesabında yazdığı statusda bu xəbərin doğru olmadığını vurğulayıb. Fazil Mustafa yeni qanunvericiliyin tələbinə uyğun olaraq partiya üzvləri ilə bağlı hüquqi prosedura başa çatdırdıqlarını qeyd edib.Deputat deyib ki, Azərbaycanda siyasi partiyanın fəaliyyət göstərməsi üçün tələb olunan 7 min üzvün siyahını müvafiq dövlət qurumuna təqdim ediblər.Fazil Mustafa rəhbərlik etdiyi siyasi təşkilatla bağlı həqiqətə uyğun olmayan məlumat yayan informasiya resursu ilə bağlı hüquqi müstəvidə tədbir görüləcəyini bildirib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …