Ana səhifə / Siyasət / Erkan Özoral: Bu, bütün türk dünyasının qürur günüdür

Erkan Özoral: Bu, bütün türk dünyasının qürur günüdür

20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı bir dönüş oldu.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür:

“Bu gün matəm günüdür. 1990-cı ilin bu günü bir çox qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda, bu, Azərbaycanın suverənlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqilliyin qazanmasında əsaslı bir dönüş oldu”.

Səfir qeyd edib ki, 20 Yanvar Milli qürur günüdür:

“Bu qürur yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Biz də o gün şəhid verənləri sayğı ilə anırıq”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …