Ana səhifə / Siyasət / Elzanın qalmaqallı açıqlamasına – DSK-dan reaksiya

Elzanın qalmaqallı açıqlamasına – DSK-dan reaksiya

“Elza xanım məndən heç vaxt narazı qala bilməz. Dairədən ona heç bir təzyiq olmayıb. Başqa hansısa təzyiqlərin olması barədə məlumatlı deyiləm”.

Bu sözləri “Qafqazinfo” ya açıqlamasında 54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov müğənninin sözügedən dairə ilə bağlı səsləndirdiyi ittihamlara cavab verərkən deyib. O bildirib ki, təmsil etdiyi dairədən 11 namizəd qeydə alınıb: “Ola bilər ki, Elza Seyidcahan namizədliyi qeydə alınmadığı üçün acıqlı olsun. Amma indiyə kimi ona və digərlərinə heç bir təzyiq edilməyib. Bunu Elza xanımdan da soruşa bilərsiniz. Mənim elə bir səlahiyyətim yoxdur ki, kiməsə namizədliyini geri götürməklə bağlı təzyiq edim. Başqa kimlərin təzyiq etdiyi barədə isə məlumatlı deyiləm”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın