Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Deputatlarla bağlı iddiaya cavab: “Lazım olsa, siyahını açıqlayarıq”

Deputatlarla bağlı iddiaya cavab: “Lazım olsa, siyahını açıqlayarıq”

Koronavirusla Mübarizəyə Dəstək Fonduna cəmi 16 deputatın vəsait ödəməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, Milli Məclisin bütün deputatları, parlament Aparatının əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 250 min manatdan çox pul köçürüblər.

“Əgər lazım olsa, bizdə siyahı var. Həmin siyahını ictimaiyyətə açıqlaya bilərik”, – deyə A.Təvəkküloğlu bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …