Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ceyhun Bayramov Abdullahianla danışıb

Ceyhun Bayramov Abdullahianla danışıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …