Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Böyükşor bulvarının açılışı oldu

Böyükşor bulvarının açılışı oldu

Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının açılışında iştirak ediblər.

Qafqazinfo” xəbər verir ki, dövlət başçısı və xanımı əvvəlcə Böyükşor gölünün bərpasının ilkin mərhələsi çərçivəsində görülmüş işlərə dair stendə baxıblar. Sonra İlham Əliyev Böyükşor bulvarının və parkının rəmzi açılışını bildirən lenti kəsib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına və xanımına görülmüş işlərlə bağlı məlumat verib. Bildirilib ki, bulvar və park ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib. Burada sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometrdir. Ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çoxdur. Burada idman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped, o cümlədən yaşıllıq zolaqları salınıb. Göldə fəvvarələr quraşdırılıb. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi yaradılıb. Gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi üçün xüsusi avadanlıq quraşdırılıb.

İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyükşor bulvarının və parkının ərazisini gəziblər.

Qeyd olunub ki, gölün birinci mərhələsi üzrə tikinti işləri başa çatdırılıb. Gölə neft sularının daxil olmasının qarşısının alınması üçün 1570 metr uzunluğunda xüsusi bənd inşa edilib. Bu bənd gələcəkdə 8 zolaqlı avtomobil yolunun özülü olacaq. Bənd gölü iki hissəyə ayırır və layihənin mərhələli icrasına şərait yaradır. Layihənin növbəti mərhələsində gölün digər tərəfinin təmizlənməsi işləri həyata keçiriləcək.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın