Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Siyasət / Bakıda yollar buz bağlayıb

Bakıda yollar buz bağlayıb

Bakıda ötən gündən başlayaraq yağan qar şiddətlənməyə başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, güclü qar yolların buz bağlanması ilə nəticələnib. Qarla bərabər güclü küləyin əsməsi insanların küçələrdə hərəkətini çətinləşdirir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yolların sürükşən olması ilə əlaqədar sürücülərə daha ehtiyatlı olmaları və ara məsafəsini gözləmələri tövsiyə edir.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq edib. Bu gün ölkə ərazisində güclü şimal küləyinin əsəcəyi, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənildiyi, bəzi yerlərdə çovğun olacağı ehtimalı, hətta yolların buz bağlayacağı qeyd edilib.

 

Bakıda yollar buz bağlayıb

 

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …

Bir cavab yazın