Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Bakıda “Trump Tower”in adı sökülür – Fotolar

Bakıda “Trump Tower”in adı sökülür – Fotolar

Bakının Nəsimi rayonunda yerləşən məşhur “Trump Tower” otelinin adı sökülür.

Azinforum.az “qafqazinfo”ya istinadən xəbər verir ki, söküntü işləri hazırda davam edir. 33 mərtəbəli yelkənə bənzər göydələnin özünün sökülüb-sökülməyəcəyi barədə hələ məlumat yoxdur. Otelin tikinti işləri ötən il yekunlaşsa da, onun fəaliyyət göstərməsi ilə bağlı informasiya verilməyib.

Qeyd edək ki, ötən ilin sonunda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump-ın şirkəti Azərbaycan və Braziliyada bağladığı lisenziya müqavilələrini bitirdiyini elan etmişdi. Trump Organisation şirkətinin icraçı vitse-prezidenti Alan Garten CNN-ə müsahibəsində müqavilələrin kəsilməsini “ev təmizliyi” adlandırmışdı.

Xatırladaq ki, bu binanın Azərbaycanda olan tərəfdaş şirkəti – təsisçisi Azərbaycanın Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsus “Qarant” Holdinqdir.

Donald Trump haqqında “Örtüksüz Trump” adlı bioqrafiya kitabında müəlliflər Michael Kranish və Marc Fisher yazır ki, Donald Trump-ın ABŞ prezidentliyinə namizədliyi ilə bağlı maliyyə bəyannaməsində, 2014-cü ilin yanvar və 2015-ci ilin iyul ayları arasında Garant Holding-lə müqavilə nəticəsində onun 2.5 milyon dollar aldığı məlum olub.

 

Bakıda “Trump Tower”in adı sökülür  -  Fotolar
Bakıda “Trump Tower”in adı sökülür  -  Fotolar
Bakıda “Trump Tower”in adı sökülür  -  Fotolar
Bakıda “Trump Tower”in adı sökülür  -  Fotolar

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın