Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Bakıda tanınmış ekstrasensin meyiti tapıldı

Bakıda tanınmış ekstrasensin meyiti tapıldı

Bakıda tanınmış ekstrasensin meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Yeni Günəşli qəsəbəsində baş verib. Bir sıra televiziya proqramlarında iştirak edən və tanınan ekstrasens Nəsirov Timur Ələkbər oğlunun meyitini dostu aşkarlayıb. İlkin araşdırmadan sonra məlum olub ki, 1987-ci il təvəllüdlü Timur Nəsirov mədə xəstəliyi nəticəsində vəfat edib.

Bildirilir ki, ekstrasens xeyli vaxt imiş ki, mədəsindən şikayətlənirmiş.

Qeyd edək ki, bir müddət əvvəl T.Nəsirovun qətlə yetirilməsi ilə bağlı məlumat yayılmışdı. Bildirilirdi ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub.

Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib. Lakin sonradan bu məlumat təsdiqini tapmamışdı.

Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan “Adam içində” verilişinin daimi ekspertlərindən idi.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın