Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Bakıda avtobus terroru: 2 ölü, 12 yaralı

Bakıda avtobus terroru: 2 ölü, 12 yaralı

Bu gün Bakıda dəhşətli avtobus qəzası olub.

Milli.Az-ın məlumatına görə, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlğında sərnişin avtobusu 7 maşını əzib, sonra isə dayanacağa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Yaxınlıqdakı binalarda yaşayan sakinlərin virtualaz.org saytına verdiyi məlumata görə, qəza təxminən bir saat əvvəl baş verib. Əraziyə xeyli sayda təcili yardım maşını və yol polisi əməkdaşları cəlb olunub. Qəza üzündən yolda tıxac yaransa da sonradan yol açılıb.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, yaralıların 9-u xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın