Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / AZAL “Samsung Galaxy Note 7”nin daşınmasını tam qadağan edib

AZAL “Samsung Galaxy Note 7”nin daşınmasını tam qadağan edib

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) reyslərində “Samsung Galaxy Note 7” smartfonların əl yükündə və qeydiyyatdan keçən baqajda daşınması qadağan olub. Bu qərar ABŞ-ın aviasiya hakimiyyəti, eləcə də bütün dünya üzrə digər sərnişin aviadaşıyıcıları tərəfindən analoji qadağadan sonra qəbul edilib.
Əl yükündə smartfon aşkarlandığı halda, telefon sahibi smartfonu yola salan tanışlarından birinə verməyənədək sərnişinin təyyarəyə minməsindən imtina edilə bilər, çünki aviaşirkət hava limanında saxlama xidmətləri vermir.
Əgər smartfon təyyarənin salonuna bilmədən keçirilibsə, onu dərhal söndürmək və uçuşun başa çatmasınadək söndürülmüş vəziyyətdə saxlamaq lazımdır.
Əgər həmin smartfon baqajda aşkar olunarsa, o reysə yüklənməyəcək və sərnişinin tələb etməsinədək hava limanında itirilmiş baqaj bürosuna (Lost & Found) göndəriləcək.
“Biz başa düşürük ki, təyyarənin göyərtəsində bu telefonun istifadəsinə qadağa sərnişinlərdən bəzilərində narahatçılıq yarada bilər, lakin “Azərbaycan Hava Yolları” üçün prioritet, ilk növbədə, göyərtədə təhlükəsizliyin təmin edilməsidir”, – deyə şirkətdən bildirilir.(oxu.az)

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın