Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Aygün Kazımova razı oldu, “Müsavat”a himn oxudu”

“Aygün Kazımova razı oldu, “Müsavat”a himn oxudu”

“Bir məclisdən çıxanda Cavanşir Quliyev (red:bəstəkar) dedi ki, “Müsavat”ın himni hazırdı, gedək dinləyin, görün necə alınıb? Gec olmasına baxmayaraq, onun evindəki studiyaya getdik. Cavanşir bəy himni Ramiz Rövşənin sözlərinə yazmışdı. Dinlədik, əzəmətli himn alınmışdı. Bəyəndiyimizi dedik, təşəkkür etdik”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri publisist Vahiq Qazi sosial şəbəkədə yazıb.

Yazıçı 20 il bundan əvvəl çəkilən fotonu paylaşaraq “Müsavat” partiyasının himni barədə nəlumat verib.

O, himni Aygün Kazımovanın oxuduğunu qeyd edib:

“Kimdi oxuyanlar?” soruşduq. “Aygün Kazımova razı oldu, o biri də özüməm” dedi. “Müxalifət partiyasının himnini oxumaq hər müğəninin hünəri deyil, sağ olsun”- bunu da Nəsir Əhmədli dedi. O vaxt müxalif partiyaya himn yazmaq da hər şairin, bəstəkarın işi deyildi”.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın