Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Komitə sədri Naxçıvanda torpaqların azad olunmasından danışdı

Komitə sədri Naxçıvanda torpaqların azad olunmasından danışdı

“Naxçıvan istiqamətində əldə etdiyimiz uğurlar həm ordumuzun, həm xalqımızın, həm də prezidentimizin apardığı siyasətin təntənəsidir”.

Bunu jurnalistlərə açıqlamasında Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O, bildirib ki, bunlar ilk addımlardır: “Azərbaycan prezidentinin siyasəti, gördüyü işlər, yaratdığı mühit, dünyaya sübut etdiyi məsələlər torpaqlarımızı işğaldan azad edəcək. Bu, məntiqdir, həqiqətdir. Ermənilərin təşkil etdiyi yalan bir müddət ayaq tutub, ancaq yeriyə bilmədi. Torpaqlarımız gec-tez, inşalllah, tezliklə işğaldan azad ediləcək. Bununla əlaqədar Naxçıvanda torpağımızın azad olunması münasibəti ilə xalqımızı təbrik edirəm”.

Qeyd edək ki, Azərbaycan Ordusu Naxçıvanda 11 min hektardan artıq ərazini və Şərur rayonunun Günnüt kəndini düşməndən azad edib. (AzVision.az)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …