Sosial şəbəkədə biz:
Mübahisəli oyundan sonra nazirdən maraqlı paylaşım: "Neftçi"yə dəstək, yoxsa eyham?
Xəbər Şəkli

Mübahisəli oyundan sonra nazirdən maraqlı paylaşım: "Neftçi"yə dəstək, yoxsa eyham?

18 April 2026, 12:07
Sosial

Elm və təhsil naziri, "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Emin Əmrullayev sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Nazirin bu paylaşımı ilə dünən keçirilən "Zirə" - "Neftçi" matçındakı (1:1) mübahisəli epizoda eyham vurduğu ehtimal olunur.

E.Əmrullayev "Neftçi"yə dəstəyini ifadə etmək üçün klubun emblemini paylaşıb.

Xatırladaq ki, sözügedən oyundan sonra "Neftçi" klubu hakimin qərarına etiraz edib. Klub 90+4-cü dəqiqədə buraxılan qolun videosunu paylaşaraq baş hakim İnqilab Məmmədovu və VAR hakimlərini tənqid edib. Paylaşımda "Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın gözündən yayındı. Yoxsa elə ssenari bu imiş?" ifadələri yer alıb. Sözügedən epizoda etiraz etdiklərinə görə baş məşqçi Yuri Vernidub və bəzi futbolçular qırmızı vərəqə alaraq meydandan uzaqlaşdırılıblar. (oxu.az)