2026-cı ilin 27-28 mart və 4-6 aprel tarixlərində müşahidə olunan aramsız və intensiv yağışlar nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikntisi (52 ədəd ev) işlərini həyata keçirəcək şirkətin adı açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdiriyyəti işi “Azəri Biznes” MMC-yə verib.
Ayrılan vəsait isə 5 243 667 AZN-dir.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.