Sosial şəbəkədə biz:
Həm köhnə, həm təzə mənzillər bahalaşdı
Xəbər Şəkli

Həm köhnə, həm təzə mənzillər bahalaşdı

21 April 2026, 12:44
Sosial

Bu ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə qiymətlər ilkin mənzil bazarında (yeni tikililər) 13,1%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,1% artıb.

Ötən ilin IV rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 2,2% yüksəlib. Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymətlərdə 1,8%, təkrar mənzil bazarı üzrə isə 2,2% artım qeydə alınıb.