Sosial şəbəkədə biz:

“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi

“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi
Xəbər Şəkli
08 August 2026, 11:06
Sosial

“Bakı Metropoliteni” QSC-nin rəhbərliyi III qrup əlilliyi olan əməkdaşı Böyükağa Elşad oğlu Sadıqovu vəzifəsindən əsas gətirmədən azad edib.

 

Bu barədə Pravda.az-a onun atası I Qarabağ müharibəsi veteranı Elşad Sadıqov məlumat verib.

 

O bildirib ki, Böyükağa Sadıqov 11 il qüsursuz xidmət göstərib: “Oğlum 2015-ci ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göndərişi ilə “Bakı Metropoliteni” QSC-də Müşahidə operatoru vəzifəsinə təyin edilib. 11 il ərzində vəzifəsini məsuliyyətlə yerinə yetirib, fəaliyyəti dövründə intizam pozuntusuna və ya peşə fəaliyyəti ilə bağlı hər hansı nöqsana yol verməyib. Mühafizə İdarəsinin rəisi  Zamiq Quliyev vəzifəyə təyin olunandan sonra oğlumu müxtəlif səbəblərlə işdən kənarlaşdırmaq istəyirdi, amma buna heç cür nail ola bilmirdi, çünki oğlumun işində heç bir qüsur olmayıb. 2026-cı il  iyul ayında oğluma “Bakı Metropoliteni” QSC-nin İnsan Resursları şöbəsi tərəfindən ixtisarlarla əlaqədar işdən azad olunduğu bildirişi gəlib. Deyilib ki, başqa heç bir işlə səni təmin edə bilməyəcəyik. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun qəbuluna düşmək istəsəm də, bu, baş tutmayıb. Müşavir qəbul etdi, o da ümumi sözlərlə məni yola verdi. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan xahiş edirəm, bu məsələni diqqətinizdə saxlayasınız”.