Sosial şəbəkədə biz:
Azərbaycanda ağır yol qəzası: 4 ölü, 3 yaralı - FOTOLAR
Xəbər Şəkli

Azərbaycanda ağır yol qəzası: 4 ölü, 3 yaralı - FOTOLAR

10 May 2026, 09:22
Sosial

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Hyundai” markalı avtomobil qarşıdan gələn “VAZ-2106” markalı maşınla toqquşub. pizza sifarişi

Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər hadisə yerində həyatını itirib, 3 nəfər isə ağır xəsarət alıb. Yaralıların xəstəxanaya çatdırılması üçün hadisə yerinə həkim briqadaları cəlb olunub.

Ölən şəxslərin hərbçi olduqları bildirilir.

FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri avtomobillərdə sıxılı vəziyyətdə qalan meyitləri çıxararaq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo