Sosial şəbəkədə biz:
AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır
Xəbər Şəkli

AYNA qiyməti 3,2 min manat olan cihazdan 500 ədəd alır

29 April 2026, 16:28
Sosial

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 500 ədəd “On-board Unit” (LIT OBU) avadanlığı və ona aid ehtiyat hissələrini alacaq.
AYNA tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında Yaponiyanın məşhur “NEC Corporation” (“Nippon Electric Company”) şirkətinin Türkiyə nümayəndəliyi – “NEC Telekomünikasyon ve Bilgi Teknolojileri Ltd. Şti” ilə müqavilə imzalayıb.
Qeyd edək ki, AYNA satın alacağı 500 ədəd “On-board Unit” avadanlığı üçün 1 milyon 584 min manat ödəyəcək. Bir ədəd “On-board Unit” avadanlığının orta dəyəri 3 min 168 manat təşkil edəcək.
Məlumat üçün bildirək ki, “On-board Unit” avadanlığı nəqliyyat vasitəsinin üzərində quraşdırılan elektron cihazdır və əsasən məlumatların toplanması, ötürülməsi və sistemlərlə əlaqə üçün istifadə olunur. Hazırda ictimai nəqliyyatda quraşdırılan və gediş haqlarının ödənildiyi cihaz da “On-board Unit” avadanlığı hesab olunur.
Yeniavaz