Sosial şəbəkədə biz:
Nazilə Səfərli Pünhan Piriyevin şəkil çəkdirmək istəyənləri səhnədən qovmasına haqq qazandırdı: "Düz edib!”
Xəbər Şəkli

Nazilə Səfərli Pünhan Piriyevin şəkil çəkdirmək istəyənləri səhnədən qovmasına haqq qazandırdı: "Düz edib!”

27 April 2026, 12:09
Mədəniyyət

“Müğənni Pünhan Piriyev səhnədə camaata deyib ki, düşün aşağı. Nə pis şey olub? Biabır olduq ki?! Səhnə kimindir? Səhnə oxuyanın, oynayanın, aparıcınındır. Kiçik müqayisə edirəm, divamız Aygün Kazımova Eldəniz kimi sənətkara dedi ki, “vətəndaş, səhnə mənimdir. Sən oxuyanda mən çıxmamışam, indi düş”. Birinizin səsi də çıxmadı. Çünki haqlı idi, səhnə onundur. Eldəniz sənətkar olsa da, jest etmədi”.

Bu sözləri şairə Nazilə Səfərli bildirib. O, müğənni P.Piriyevin onunla şəkil çəkdirmək istəyənləri səhnədən qovmasına haqq qazandırıb: “Pünhanın günahı budur ki, toya 12 minə getmir, 3-4 minə gedir. Qazancını da işə qoyur. Menecerlər, mühafizəçi tutmağa pulu yoxdur. İndi yetimin əlində qoğal çirkin görünür?! Deyir, səhnədən düş, səhnə mənimdir. Bu hadisədə tək yanlış odur ki, onun ətrafını qoruyan olmayıb. Xalq artistləri ondan da pis qışqırır, söyüş söyür, bunu da öz gözlərimlə görmüşəm. Qadınlar elə söyüş söyürlər ki, heç kişilər elə söymür. Birinin də səsi çıxmır. İndi o “uşaq” rayondan gəlib əziyyətlə, zülmlə ayaqda durmağa çalışır. “Hozudur” qəbul edirəm, amma adam adamı bu qədər əzməz. Heç biriniz süddən çıxmış ağ qaşıq deyilsiniz. Yeni nişanlanıb, niyə ruhdan salırsınız?”

pravda