Sosial şəbəkədə biz:

"Mentaliteti unudub alt paltarını alqışlayırsınız" - FOTO

"Mentaliteti unudub alt paltarını alqışlayırsınız" - FOTO
Xəbər Şəkli
07 August 2026, 14:04
Mədəniyyət

Əməkdar artist Səbinə Babayeva bir müddət əvvəl geyindiyi bej rəngli tuluma görə ünvanına səslənən tənqidlərə münasibət bildirib.

Müğənni sosial şəbəkə hesabında paylaşım edərək onu geyiminə görə qınayanları pisləyib.

Sənətçi bildirib ki, xarici ulduzların səhnə geyimləri alqışlandığı halda, yerli ifaçılar eyni seçimə görə tənqid olunur.

"Maya Diab nə İngiltərə, nə də ABŞ müğənnisidir. O, ərəb dünyasının ən tanınmış pop ulduzlarından biridir. Sənət adamlarının gözəlliyinə qarşı olan kin və paxıllığınızı "mentalitet" pərdəsi altında gizlətməyin" deyə, S.Babayeva yazıb.

İfaçı daha sonra Hadisə və Gülşənin səhnə geyimlərini paylaşaraq bunları əlavə edib:

"Bu, bizim "mentalitetçilər"in bir-birini qabaqlaya-qabaqlaya konsertinə qaçdığı ulduzdur. Mentaliteti unudub, alt paltarını alqışladığınız Hadisə Türkiyənin ulduzudur, İngiltərənin yox. Bu isə Dua Lipa deyil, Türkiyənin superulduzu Gülşəndir. Mahnılarını əzbər oxuduğunuz Gülşən. Görünür, mentalitetiniz həmin an "koma"ya düşür, sonra yenidən ayılır".

Qeyd edək ki, Səbinə Babayevanın sözügedən səhnə geyimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musavat.com