Vitse-spikerin köməkçisindən vətəndaşa qarşı DƏLƏDUZLUQ
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərovun köməkçisi Qalib Abbasov dələduzluqda ittiham olunur.
O, 2023-cü ildə öz yaxın dostu Əkrəm Hüseynovdan iş görmək adı ilə aldığı 45 min manat pulu mənimsəyib.
Zərərçəkmiş Ə.Hüseynov vitse-spikerin köməkçisindən 45 min manat pulunu hələ də ala bilmir.
Ə.Hüseynov Q.Abbasovun dələduzluq əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.
Sayt Z.Əsgərovun köməkçisinin məsələyə münasibətini öyrənmək istəyib, lakin o, zənglərə cavab verməyib.
***
Qalib Abbasov daha sonra məsələ ilə bağlı açıqlama verib. O deyib ki, hazırda heç bir yerdə işləmir: "Vitse-spikerin köməkçisi deyiləm".
O, həmçinin adı dələduzluq məsələsində hallanan Əkrəm Hüseynovla münasibətlərinə toxunub. Onların 20 illik tələbə yoldaşı və yaxın dost olduqlarını qeyd edib. Dostluqlarının indi də davam etdiyini vurğulayan Abbasov aralarındakı pul məsələsinin böyüdüldüyünü deyib. O, mövcud olan məbləğlərin artıq geri qaytarıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə qarşı tərəfin bu cür addım atması son vaxtlar yaşadığı gərginlik və stresslə bağlı ola bilər.
"Əkrəm Hüseynovla tələbə yoldaşı olmuşuq 20 ildi bir yerdəyik. Hal-hazırda da dostluqumuz davam edir. Onunla aramızda olan pul söhbəti o qədər olmaylb olan məbləğlərdə özünə geri qaytarılıb. Onun niyə belə etməsinin səbəbi mənə elə gəlirki son zamanlar çox əsəb stres keçirtməsi ola bilər", - o qeyd edib. demokrat.az