Sosial şəbəkədə biz:
Apellyasiya Məhkəməsi Azər Qasımlının bəzi vəsatətlərini təmin etməyib
Xəbər Şəkli

Apellyasiya Məhkəməsi Azər Qasımlının bəzi vəsatətlərini təmin etməyib

14 April 2026, 08:17
Kriminal

Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə baxış iclası keçirilib.

Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi bir sıra vəsatətlər veriblər.

Prosesdə A.Qasımlının vəkillərinin yanında əyləşməsinə icazə verilməsi ilə bağlı istək təmin edilsə də, başqa vəsatətlərə müsbət reaksiya verilməyib.

Müdafiə tərəfi həm də prosesin məhkəmə istintaqı davam etdirilməklə aparılmasını istəyib. Eyni zamanda, A.Qasımlını ona hədə-qorxu gəlməkdə ittiham edən Qurbanəli Yusifovun keçmiş xanımının dindirilməsi haqqında vəsatət verilib. Lakin məhkəmə həmin vəsatətləri təmin etməyib.