Sosial şəbəkədə biz:
Azərbaycanda istehsal olunan benzinin cəmi 1 faizi Aİ-95 olub
Xəbər Şəkli

Azərbaycanda istehsal olunan benzinin cəmi 1 faizi Aİ-95 olub

07 May 2026, 16:17
İqtisadiyyat

Bu ilin ilk 3 ayında Azərbaycanda 356,57 min ton Aİ-92 markalı, 4,06 min ton Aİ-95 markalı avtomobil benzini, 587,31 min ton dizel yanacağı istehsal olunub.
Ö
tən ilin eyni dövrü ilə müqayisədə Aİ-92 markalı benzinin istehsalı 8,3% (27,33 min ton), dizel yanacağının istehsalı isə 6,2% (34,4 min ton) artıb. Aİ-95 markalı avtomobil benzinin istehsalı isə 40,3% (2,74 min ton) azalıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, istehsal olunan benzinin təxminən 1%-ni Aİ-95 markalı benzin təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin iyun ayının 30-da Dövlət Neft Şirkətindən (SOCAR) verilən açıqlamada ölkədə “Aİ-95” markalı benzin istehsal olunduğu bildirilib. SOCAR-ın açıqlamasında qeyd olunub ki, neft emalı zavodunda (NEZ) istehsal olunan “Aİ-92” və “Aİ-95” markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb: “Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcəkdir”.
Məlumat üçün onu da bildirək ki, bu ilin ilk 2 ayında Azərbaycan xarici ölkələrdən 29,9 milyon dollar dəyərində 34 min 496 ton Aİ-95 markalı benzin idxal edib.
Yeniavaz