Azərbaycan İtaliyadan hansı məhsulları alır? - DEPUTAT
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin mətbuata bəyanatlarında iki ölkə arasındakı ticarət dövriyyəsinə xüsusi diqqət ayrılmışdır. Hazırda ticarət dövriyyəsində enerji məhsulları daha çox üstünlüyə malikdir. Bununla yanaşı, qeyri neft-qaz sahəsində əməkdaslığın gücləndirilməsi əsas prioritetlərdəndir. Azərbaycanın İtaliyaya ixracatının əhəmiyyətli hissəsini neft və təbii qaz təşkil edir.
Bəs, Azərbaycan İtaliyadan hansı məhsulları alır?
2025-ci ildə Azərbaycan Italiya ilə kifayət qədər çoxlu sayda, 2095 məhsul kodu üzrə idxal və ixrac əməliyyatları həyata keçirib. Ötən il Azərbaycan Italiyadan 518 milyon dollarlıq məhsul idxal edilib.
İtaliyanın Azərbaycana idxalının strukturunda dərman vasitələri, kosmetik vasitələr və qida məhsulları daha çox paya malikdir. 2025-ci ildə Azərbaycan İtaliyadan dərman vasitələri (21.677 milyon dollar), sürtkü yağlarına qatılan, tərkibində neft və neft məhsulları olan aşqarlar (6.206 milyon dollar), ərzaq məhsulları, tərkibində dad-aromatik və ya boyaq əlavələri olan şəkər siroplar (5.162 milyon dollar), alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş məhsullar (5.0 milyon dollar), ətir (4.178 milyon dollar), üz səthi təbii, kompozisiyalı və ya lak dəridən çiyin qayışı olan və olmayan qadın çantalar (4.082 milyon dollar), bitumlu süxurlardan əldə edilmiş yağların tiofenləşdirilmiş sulfoturşuları və onların duzlar (4.024 milyon dollar), makiyaj və dəriyə qulluq üçün digər kosmetik vasitələr (3.729 milyon dollar), saçlar üçün losyon və digər vasitələr (3.674 milyon dollar), sürtkü yağları (3.332 milyon dollar), yeməli bar gətirən ağaclar, kollar və kolluqlar, peyvənd edilmiş və ya edilməmiş ağaclar (3.178 milyon dollar), canlı bitkilər (2.847 milyon dollar), qovrulmuş, kofeinli qəhvə (2.440 milyon dollar), şokolad və ondan hazırlanan digər məmulatlar (1.981 milyon dollar), borular, borucuqlar və şlanqlar (1.893 milyon dollar), pərakəndə satış üçün qablaşdırılmış halda tərkibində digər antibiotiklər olan dərman vasitələri (1.885 milyon dollar), gözlərin makiyajı üçün vasitələr (1.698 milyon dollar), ilkin formalı poliuretanlar (1.559 milyon dollar), tutumu 2 litr və ya daha az həcmli qablarda digər təbii üzüm şərablar (1.551 milyon dollar), korroziyaya qarşı vasitələr (1.407 milyon dollar), etilen polimerlərindən məsaməli və laylı olmayan, armaturlaşdırılmamış digər plitələr, təbəqələr, lentlər (1.316 milyon dollar), şampunlar (1.222 milyon dollar, çörək-bulka və unlu qənnadı məmulatları (1.164 milyon dollar), tərkibində insulin olan dərman vasitələri (1.074 milyon dollar) və s. məhsulları idxal edib.
Göründüyü kimi, ölkələr enerji sahəsində dərin əməkdaşlıq qurublar. Bununla yanaşı, İtaliyanın Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında neftdən kənar sektorlar üzrə əməkdaşlığı gücləndirə bilər.
Vüqar Bayramov, millət vəkili