Sosial şəbəkədə biz:

Azərbaycan ilə Qırğızstan arasında ticarət dövriyyəsi son 5 idə 13 dəfədən çox artıb - DEPUTAT

Azərbaycan ilə Qırğızstan arasında ticarət dövriyyəsi son 5 idə 13 dəfədən çox artıb - DEPUTAT
Xəbər Şəkli
30 July 2026, 21:13
İqtisadiyyat

Prezident İlham Əliyev Qırğızıstanda dövlət səfərindədir. Son illər Azərbaycan ilə Qırğızstan arasındakı münasibətlərin daha da dərinləşməsi müşahidə edilir. Bu, iki ölkə arasındakı ticarət dövriyyəsində də özünü göstərməkdədir. 2025-ci ildə Azərbaycan ilə Qırğızıstan arasındakı ticarət dövriyyəsi 94 faiz artaraq 40 milyon dollardan 77.2 milyon dollaradək yüksəlib. İki ölkə arasında ticarət dövriyyəsi son 5 idə 13 dəfədən çox artıb. Bu region üçün xüsusi artım rekordu hesab olunmaqla yanaşı, münasibətlərin dərinləşməsinin təzahürüdür. Aydındır ki, tərəflər arasında potensial daha böyükdür. Qarşılıqlı yüksək səviyyəli səfərlər bu potensialdan daha yaxından istifadəyə imkan verəcək.

Tərəflər yalnız ticari əlaqələrdə deyil, iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığı gücləndiriblər. Son ilə sərmayə qoyluşları sahəsində də ciddi əməkdaşlıq müşahidə olunur. Bu isə dövlətlərin daha da yaxınlaşmasına dəstək olur.

Bütövlükdə, son illər Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olan Azərbaycan və Qırğızstan yalnız regionun deyil, bütövlükdə Türk dünyasının inkişafına və inteqrasiyasına xüsusi töhfə verirlər. Bu baxımdan, Azərbaycan Prezidentinin dövlət səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət etməklə yanaşı, Türk dövlətlərinin daha sıx əməkdaşlığı üçün də yeni imkanlar yaradacaq.

Vüqar Bayramov, millət vəkili