Sosial şəbəkədə biz:
Türkiyə dünya çempionatına başlayır
Xəbər Şəkli

Türkiyə dünya çempionatına başlayır

13 June 2026, 10:35
İdman

2026-cı il dünya çempionatında qrup mərhələsinin ilk turu davam edir. Bu gün və sabah azarkeşləri bir neçə maraqlı qarşılaşma gözləyir.

Oyun gününün açılış matçında B qrupunun iştirakçıları Qətər və İsveçrə üz-üzə gələcəklər. Daha sonra C qrupunda Braziliya Mərakeşlə münasibətlərə aydınlıq gətirməyə çalışacaq. Həmin qrupun digər görüşündə isə Şotlandiya Haiti ilə qarşılaşacaq.

Türkiyə millisi də mundialda mübarizəyə start verir. D qrupunda yer alan "ay-ulduzlular" ilk sınağında Avstraliya yığması ilə qarşılaşacaq. Pepperoni pizza

Dünya çempionatı, I tur

13 iyun

23:00 – Qətər – İsveçrə

14 iyun

02:00 – Braziliya – Mərakeş

05:00 – Haiti – Şotlandiya

08:00 – Avstraliya – Türkiyə

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi mundial iyulun 19-da başa çatacaq. yenisabah.az