Sosial şəbəkədə biz:
"Real Madrid" Kukurellanın transferi üçün "Çelsi" ilə razılığa gəlib
Xəbər Şəkli

"Real Madrid" Kukurellanın transferi üçün "Çelsi" ilə razılığa gəlib

15 June 2026, 10:54
İdman

İspaniya millisinin və İngiltərənin "Çelsi" klubunun futbolçusu Mark Kukurella karyerasını "Real Madrid"də davam etdirməyə yaxındır.

Madrid təmsilçisi 27 yaşlı müdafiəçinin transferi ilə bağlı "Çelsi" ilə şifahi razılıq əldə edib.

Məlumata görə, "Real Madrid" transfer üçün ilkin olaraq 55 milyon avro ödəyəcək. Müqavilədə əlavə 5 milyon avro bonus ödənişinin də nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, ispanyalı futbolçu başa çatan mövsümdə "Çelsi"də 50 oyun keçirib, 1 qol vurub və 4 qol ötürməsi edib.